28 Avqust 2023 23:49
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 2 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin anası Dilarə Əskərova oğluna çıxarılmış hökmün bəzi detallarını açıqlayb.

Teleqraf.com xəbər verir ki, D.Əsgərova məhkəmə hökmünü fars dilindən Azərbaycan dilinə tərcümə etdirib.
Məhkəmə hökmündə qeyd olunur ki, “təqsirləndirilən Şəxs (Fərid Səfərli -red) ilə xanım Mahşid arasında olan əlaqələrdən belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxs ölkənin Pəhləvi dövründə necə idarə edilməsi, mollaların eyni zamanda bir neçə qadınla nikahda olması və İranda baş verən etirazlarla maraqlanıb, həmçinin “Məryəm Rəcəbi” adlı şəxsi də dəstəkləyib”.

Hökmdə daha sonra yazılıb:

“Kəşfiyyat orqanlarının apardığı araşdırmalara əsasən, adı qeyd olunan şəxs fars dilini illər əvvəl öyrənib və həmin dildə sərbəst danışır; belə ki, məhkəmə iclasında bəzi Azərbaycan türkcəsində olan sözləri fars dilinə tərcümə edilməsini xahiş etsə də, hərdən qəflətən fars dilində tam sərbəst ifadə verirdi”.

“Təqsirləndirilən şəxs turizm məqsədilə ölkəyə daxil olduğunu bildirsə də, faktiki olaraq ölkə hüdudlarında olduğu 10 (on) gün müddət ərzində kirayə qaldığı mənzildə həmin Məhşid adlı xanımla olub. Heç bir tarixi abidəni ziyarət etməyib, hətta Qum şəhərində yerləşən Həzrət Məsumənin türbəsini belə ziyarət etməyib”.

“İş materiallarına əlavə olunan sənədlərdə göründüyü kimi, təqsirləndirilən Şəxsin soyadı “Səfərli”dir. Lakin Azərbaycan Respublikasının qeydiyyat orqanlarından əldə olunan məlumatlara görə, atasının soyadı “Səfərov”dur. Təqsirləndirilən şəxs bu barədə məlumatsız olduğunu bildirdi. Bundan əlavə, tTəqsirləndirilən şəxs İrana daxil olduğu müddət ərzində öz kimliyini gizli saxlamaq məqsədilə üstündə olan xarici valyutaları valyutadəyişmə məntəqələrində deyil, başqa sərnişinlər vasitəsilə “tümən”ə çevirib”.
D.Əskorva qeyd edib ki, vəkil hökmü tam şəkildə açıqlamağa icazə verməyib. “Amma əsas bəndlər bunlardır. Tərcüməni XİN-nə göndərdim”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər