29 Avqust 2023 00:57
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl böhranı ilə bağlı Rusiyanın Soçi şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə AK partiya sözçüsü Ömer Çelik bildirib.

“Bu mövzuda yeni inkişafların olacağını və yeni addımların atıla biləcəyini qiymətləndiririk" – deyə Çelik qeyd edib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər