29 Avqust 2023 08:15
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Yaponiyaya 104 milyon dollar dəyərində 50-yə yaxın JASSM-ER qanadlı raketlərinin satışını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin əməkdaşı bildirib.

Pentaqon bildirib ki, bu razılaşmanın həyata keçirilməsi üçün Yaponiyanın ABŞ hökumətinin və ya podratçının nümayəndələrini göndərməsinə ehtiyac qalmayacaq.

Nazirlik rəsmisi Yaponiyaya satışların ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcəyini və regionda əsas hərbi balansı dəyişməyəcəyini əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər