29 Avqust 2023 10:29
5 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Daxili İşlər Nazirliyi artıq bir aydır Rusiyanın “Vaqner” qruplaşmasının döyüşçülərinə yeni pasportlar verir.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Xalq Antiböhran Qrupunun Pavlo Latuşko deyib.

Onun fikrincə, bu qərar təxribat və terror aktlarının hazırlanması ilə bağlı ola bilər. Latuşkonun sözlərinə görə, neçə nəfərə pasportun verilməsi ilə bağlı məlumat yoxdur.

“Bizim təsdiqlədiyimiz məlumata görə, “Vaqner” üzvləri Belarus pasportları, yəni real sənədləri alırlar, amma başqa adlarla verilir. Buna görə də onlar sərhəd keçid məntəqələri vasitəsilə Avropa Birliyinin ərazisinə daxil ola bilərlər”, - Latuşko vurğulayıb.

Onun iddiasına sözlərinə görə, Belarus ərazisində bir neçə min “vaqnerçi” qalıb. Latuşko əlavə edib ki, Prezident Aleksandr Lukashenko onların Belarusda qalmasını istərdi, amma onun bunun üçün kifayət qədər pulu yoxdur.

“Onların bəziləri Afrikaya gedəcək, bəziləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayacaq, qalanları isə fəaliyyətini dayandıracaq və ya Belarusda qalacaq”, - qrup rəhbəri əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər