“Kiyevin Krıma hücumlarına Qərbin razılığı “kasus belli”dir (müharibə səbəbi), bu, Moskvaya NATO-da “hər kəs və hamıya qarşı” hərəkət etmək imkanı verir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, ukraynalılar Rusiya ərazilərinə zərbələr endirmək barədə qərara gəliblər:
“Əgər bu doğrudursa (və indi şübhə etməyə heç bir əsas yoxdur), onda bu, Qərbin Rusiyaya qarşı müharibədə Stepan Bandera dövlətinin tərəfində iştirakının birbaşa hüquqi əhəmiyyətli sübutudur”.
Medvedevin fikrincə, bu, müharibə səbəbi və hüququdur, Rusiyaya NATO ölkələrinə qarşıa adekvat cavab haqqı verir.
“Təəssüf, kədərlidir. “Apokalipsis”lə (Qiyamət) bağlı proqnozlar getdikcə özünü doğruldur”, - Rusiya rəsmisi əlavə edib.
Medvedev tarixin Rusiya tərəfində olduğunu söyləyib.