“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinin və onunla birlikdə təyyarə qəzasında ölən digər şəxslərin dəfn olunacağı yer hələ də məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşri məlumat yayıb.
Ehtimala görə, “vaqnerçi”lər Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında dəfn olunacaq. Artıq avqustun 29-na keçən gecə qəbiristanlığın bütün girişlərində polis dəstələri yerləşdirilib.
“Vaqner” liderinin avqustun 23-də Moskvadan Peterburqa uçan şəxsi təyyarəsi qəzaya uğrayıb, nəticədə Yevgeni Priqojin də daxil olmaqla göyərtədə olan 10 şəxsin hamısı ölüb.