ABŞ prezidentliyinə namizəd (Respublikaçılar Partiyası) Vivek Ramasvami 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə bəzi Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini tanıyacağına söz verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “American Conservative” qəzetində dərc olunan məqaləsində bildirib.
Ramasvami həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyaları ləğv edəcək, Ukraynanın NATO-ya üzvlüyünü əngəlləyəcək.
Siyasətçinin fikrincə, Ukraynada münaqişə nə qədər uzun davam edərsə, bunun qalibi Çin olacaq. O əlavə edib ki, Vaşinqtonun Pekinə qarşı axmaq siyasəti Çin və Rusiyanı ABŞ üçün təhlükə yaradan istiqamətdə əməkdaşlığa vadar edib.
Rusiya indiyədək Ukraynanın Donetsk, Luqansk, Xerson, Zaporoje və Krım vilayətlərini ilhaq etdiyini açıqlayıb.