29 Avqust 2023 14:52
4 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Korrupsiya” ittihamı ilə həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xan barəsindəki 3 illik azadlıqdan məhrumetmə cəzası Apellyasiya Məhkəmə tərəfindən təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, onun girov müqabilində azadlığa buraxılmasına qərar verildiyi bildirilib.

“Məhkəmə İmran Xanın beş il müddətində seçkilərdə iştirak etməmək cəzasına yol açan azadlıqdan məhrumetmə qərarının təxirə salınması tələbimizi qəbul edib”, - sabiq baş nazirin vəkili deyib.

Hökmün şifahi elan edildiyi, yazılı qərarın daha sonra açıqlanacağı bildirilib.

Məhkəmənin girov müqabilində azadlığa buraxılmasına qərar verdiyi üçün başqa ittihamlar qarşısında olan Xanın azad edilib-edilməyəcəyi hələ bəlli deyil. Ona qarşı 200-dən çox iddia qaldırılıb. Vəkili qeyd edib ki, azadlığa çıxdıqdan sonra yenidən həbs oluna bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər