Ukrayna Donbasa xüsusi iqtisadi zona statusunu verməyə hazırdır.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.
O, bildirib ki, bu iqtisadi zonanın Rusiya və Avropa Birliyi ilə xüsusi münasibətləri olacaq.
Poroşenko xatırladıb ki, Donbas artıq yerli muxtariyyətə - xüsusi siyasi statusa malikdir.
Dövlət başçısı bu fikirləri Fransa telekanallarından birinə müsahibə verərkən səsləndirib.
Nail Cəlil