Son sutka ərzində Ukrayna və Rusiya qüvvələri arasında 35 toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar bu müddətdə iki istiqamətdə - Baxmut və Limanda irəliləməyə çalışıblar, amma buna nail ola bilməyiblər.
“Düşmən Liman istiqamətində Novoyeqorivka və Biloqorivka rayonlarında uğursuz hücum əməliyyatları keçirib. Baxmut istiqamətində isə Boqdanivka, Kurdyumivka və Ozaryanivka hədəfə alınıb, amma bu səyləri də nəticə verməyib”, - məlumatda deyilir.
Baş Qərargah əlavə edib ki, Ukrayna müdafiə qüvvələri Marin və Novomixaylivka yaxınlığında rus qoşunlarının hücumunu dayandırmaqda davam edir.
Bundan başqa, Ukrayna ordusunun əks-hücumunun davam etdiyi Melitopol istiqamətində irəliləməyə davam etdiyi bildirilir.