“İran İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) bağlı qrupların gəmilərə davam edən təhdidləri səbəbilə ABŞ qüvvələri lazım olduğu müddətdə Bəsrə körfəzində qalacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Sabrina Sinq deyib.
“Amerika qüvvələri “İnqilab Keşikçiləri” tərəfindən dəstəklənən qrupların hər hansı qeyri-peşəkar və ya təhlükəli davranışlarının qarşısını almaq üçün regiondadır. Son həftələrdə “İnqilab Keşikçiləri Korpusu”nun dəstəklədiyi qrupların ticarət gəmilərinə müdaxilələrinin şahidi oluruq. İranın təcavüzkar davranışları davam edir, buna görə də qüvvələrimizi bölgəyə göndərdik”, - Pentaqon rəsmisi bildirib.
Avqustun sonunda ABŞ bölgəyə əlavə döyüş gəmiləri, F-35 qırıcıları və 3 minlik canlı qüvvə göndərib.
Məlumata görə, hazırda ABŞ-ın Yaxın Şərqdə 30 mindən çox hərbçisi var.