30 Avqust 2023 17:20
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup hərbçinin hakimiyyəti ələ keçirdiyi Qabonda Prezident Əli Bonqonun ev dustağı olduğu bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə özünü “Qurumların Keçidi və Bərpası Komitəsi” adlandıran hərbi xunta məlumat yayıb.

Açıqlamada Bonqo ilə yanaşı, onun oğullarından birinin də “vətənə xəyanət” ittihamı ilə saxlanıldığı deyilib.

Qabonda səhər saatlarında dövlət televiziyasının binasına daxil olan bir qrup hərbçi iqtidarı ələ keçirdiklərini açıqlayıb. Hərbçilər avqustun 26-da keçirilən seçkilərin nəticələrinin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər.

Devrilən Prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən seçkilərdə üçüncü dəfə qalib gəlmişdi.

Nigerdən sonra Qabonda baş verən siyasi çevriliş xarici mediada Fransaya qarşı ağır zərbə kimi qiymətləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər