Türkiyənin keçmiş kənd təsərrüfatı naziri və millət vəkili (AKP) Kutbettin Arzu vəfat edib.
Teleqraf.com xəbər verir ki, sabiq millət vəkili Yalovada parlamentin (TBMM) qonaq evinin hovuzunda boğularaq həyatını itirib.
İlkin müdaxilə cəhdlərinə baxmayaraq 68 yaşlı Kutbettin Arzunu xilas etmək mümkün olmayıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.