Ukraynanın Xarkov şəhərində hərbi sənaye əhəmiyyətli strateji obyektlərindən birində diversiya xarakterli ağır təxribat baş verib.
Böyük partlayış gücünə malik ehtiyat vasitələrin və sisternlərdə durulaşdırılmış yanacağın saxlanıldığı müəssisə müxtəlif çaplı silahlardan atəşə tutulub.
Xoşbəxtlikdən sisternlərin yaxınlığına düşən mərmilərdən heç bir partlamayıb. Hərbçilər operativ əməliyyat nəticəsində partlamayan sursatı ərazidən çıxarıblar və zərərsizləşdiriblər.
Bununla yanaşı, hərbi obyektin inzibati binasına ciddi ziyan dəyib.
Qanun keşikçiləri bu cinayəti irəlicədən düşünülmüş təxribat adlandırıblar.
Nail Cəlil