31 Avqust 2023 21:25
4 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdəki hərbi xunta avqustun 25-də Fransanın Niameydəki səfiri Silvan İttenin ölkəni tərk etməsi üçün 48 saat verdiyi, amma bunu etmədiyi üçün toxunulmazlığının qaldırıldığını və deportasiya olunacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Niger Xarici İşlər Nazirliyindən rəsmi Parisə göndərilən notada İttenin 28 avqust tarixindən etibarən diplomatik imtiyazlarından yararlana bilməyəcəyi bildirilib.

Notada Niger polisinə səfir İtteni deportasiya etmək göstərişi verildiyi vurğulanıb. Eyni zamanda, səfirin ailəsinin diplomatik kartları və vizalarının da ləğv edildiyi diqqətə çatdırılıb.

Niger XİN İtteyə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt vermişdi. Fransa isə xuntanın səfirinin ölkədən çıxmasını tələb edə biləcək bir qurum olmadığını bəyan etmişdi.

İtte verilən vaxtın bitməsinə baxmayaraq ölkəni tərk etməyib. Fransa Prezidenti Emmanuel Makron avqustun 28-də təzyiqlərə baxmayaraq onu geri çağırmayacaqlarını açıqlayıb.

Fransanın Nigerdə ​​1500-ə yaxın hərbçisi və iki bazası var.

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən xunta Fransa ilə imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin hamısını ləğv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər