13 Yanvar 2015 09:15
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının axtarışda olan hərbçisi Valeri Permyakov yanvarın 13-nə keçən gecə Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanılıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin İctimai Əlaqələr İdarəsinin rəhbəri Aşot Aharonyan məlumat verib. O, Permyakovun Türkiyə tərəfinə keçməyə cəhd etdiyi zaman yaxalandığını deyib.

Qeyd edək ki, Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Gümri şəhərində bir ailənin 6 üzvünü qətlə yetirməkdə ittiham olunur. Bazar ertəsi Ermənistan Polisi onun barəsində axtarış elan edib.

Samir


Müəllif: