ABŞ Prezidenti Co Bayden "İdalia" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edən fərman imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Əmrə əsasən, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən Florida hakimiyyətinə yardım edilməsi nəzərdə tutulur.