13 Yanvar 2015 09:37
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Komandanlığının Twitter və YouTube səhifələri İraq Şam İslam Dövləti terror təşkilatının tərəfdarları olduqlarını deyən hakerlərin hücumuna məruz qalıb.

Teleqraf.com amerikanınsəsi.org-a istinadən xəbər verir ki, Mərkəzi Komandanlığın Twitter səhifəsində ABŞ əsgərlərinə İŞİD adından “biz gəlirik, ehityatlı olun” xəbərdarlığı edilib.

Bundan sonra göndərilən tvitlərdə ABŞ-ın hərbi rəsmilərinin telefon nömrələri, elektron poçt və ünvanları kimi məlumatların olduğu sənədlərin linkləri göstərilib. Səhifəni ələ keçirən hakerlər Çin və Şimali Koreyanın xəritələrini də tvitdə yerləşdiriblər.

Mərkəzi Komandanlıq haker hücumunu olduğu təsdiq edib və lazımi ölçülərin götürüldüyünü bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər