1 Sentyabr 2023 15:47
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, əməliyyatda çox sayda terrorçu zərərsizləşdirilib.

Əməliyyatda terrorçuların Qəndil və Asosda baza kimi istifadə etdikləri ərazilər hədəfə alınıb.

"Terrorçuların istifadəsində olan 16 mağara, 4 sığınacaq və 2 anbar məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib. Terror təşkilatının bölgədə varlığına ağır zərbə endirilib.

Əməliyyatdan əvvəl hədəflər diqqətlə müəyyən edilib, əməliyyatın planlaşdırılması və icrası zamanı mülki əhalinin həyat və əmlakının təhlükəsizliyinə, tarixi, dini, mədəni sərvətlərin və ətraf mühitin mühafizəsinə maksimum diqqət və həssaslıq göstərilib”, - açıqlamada deyilir.

Türkiyə MN son terrorçu zərərsizləşdirilənədək antiterror əməliyyatlarının davam edəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər