Belarus sərhədçiləri Polşaya məxsus hərbi helikopterin ölkənin Qrodno vilayətinin Berestoviç rayonunda hava məkanını pozduğunu iddia edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi teleqramda bildirib.
“Polşaya məxsus Mi-24 hərbi vertolyotu son dərəcə aşağı hündürlükdə dövlət sərhədini keçərək Belarus ərazisinə 1200 metrə qədər dərinliyə uçub və sonra qayıdıb”, - məlumatda deyilib.
Bildirilib ki, bu “insident” barədə Polşa tərəfi bilgiləndiriblər.
Belarus Xarici İşlər Nazirliyi ayrıca məlumat verib ki, Polşanın müvəqqəti işlər vəkili Voyciech Filimonoviçi çağırıb və ondan “müvafiq izahatlar və insidentin hərtərəfli araşdırılmasını” tələb edib.
Komitənin teleqramda ictimailəşdirdiyi videodan helikopterin kimə məxsus olduğu aydın deyil.