Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) mövzu ilə bağlı birgə bəyanat yayıb.
Açıqlamada davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.
Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilib. Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi də qeyd edilib.
Malidəki humanitar böhranın tez bir zamanda həllini tapması böyük əhəmiyyət kəsb edir. Xəbərdarlıq edilən bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu vurğulanıb.