“Biz rəsmi olaraq iqlim miqrasiyası dövrünə qədəm qoymuşuq”.
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Emi Pope deyib.
O, iqlim dəyişikliyi və insan hərəkətliliyi problemlərinin həlli üçün konkret addımlar atmağa çağırıb:
“Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələr sırasındadır. Quraqlıq, daşqınlar, həddindən artıq temperatur və dəniz səviyyəsinin qalxması kimi dəhşətli iqlim böhranının təsirlərini yaşayırlar. 2022-ci ildə Afrikada 7,5 milyondan çox insan təbii fəlakətlər səbəbindən yerini dəyişdiyi qeydə alınıb. Əgər tədbir görülməsə, ilin sonuna qədər Afrikada 105 milyon insan iqlim miqrantına çevrilə bilər”.