2 Sentyabr 2023 16:50
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Baş naziri Corciya Meloninin sevgilisi Andrea Cambrunonun cinsi təcavüz qurbanı olan qadınlarla bağlı söylədiyi fikirlər ölkədə müzakirə mövzusu olub.

Teleqraf.com xəbər verir ki, jurnalist bu ifadələrə Siciliyada kütləvi cinsi təcavüz hadisəsi haqda danışarkən yer verib

“Rəqs etməyə getsəniz, sərxoş olmağa tam hüququnuz var. Ancaq sərxoş olmağı və huşunuzu itirməyin qarşısını alsanız, bəlkə də problemlərdən qaça bilərsiniz”, - Cambruno deyib.

Jurnalist bundan sonra “təcavüzü qanuniləşdirdiyi” üçün tənqid edilir.

İtaliya Demokratik Partiyasının (PD) Qadın Cinayətlərinin Təhqiqat Komissiyasının rəhbəri Çeçilya Deliya qızlara diqqətli olmağı öyrətməkdənsə, oğlanların təhsil almalarının daha vacib olduğunu söyləyib.

“Qadınları günahlandırmadan dayana bilmirlər. Bu qəbuledilməzdir”, - Deliya bildirib.

Cambruno tənqidlərin artmasından sonra sərxoş qadınların cinsi təcavüzə məruz qala biləcəyini heç vaxt demədiyini iddia edib:

“Səhv bir şey demişəmsə, üzr istəyirəm, amma belə deyil. Bəzi siyasətçilər vəzifəmdən uzaqlaşdırılmağımı istəyirlər. Nəyə görə? Gənclərə narkotikdən, spirtli içkidən uzaq durmalarını tövsiyə etdiyimə görəmi?”

Baş nazir Meloni isə sevgilisinin tənqidlərə səbəb olan sözləri ilə bağlı açıqlama verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər