ABŞ Energetika Nazirliyinin keçmiş rəhbəri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, CNN məlumat yayıb.
Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.
Telekanalın məlumatına görə, Riçardson Massaçusetsdəki yay evində vəfat edib.