3 Sentyabr 2023 20:19
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xakasiya Respublikasının nəqliyyat və yol təsərrüfatı naziri Dmitri Vasiliadi korrupsiya işi ilə bağlı iki ay müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə respublika məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məmurun vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “c” bəndi) ittiham edildiyi aydınlaşdırılıb.

Qeyd olunub ki, Dmitri Vasiliadi 2020-ci ildən nazirliyə rəhbərlik edir.


Müəllif: Teleqraf.com