3 Sentyabr 2023 23:54
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini bildirib. Zelenski onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovu təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.

“Nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umərov əslən Krım tatarıdır. O, 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi və Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər