13 Yanvar 2015 12:38
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Petro Poroşenko ilə yanvarın 15-də Astanada planlaşdırılan görüşü baş tutmayacaq.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Almaniyanın xarici işlər naziri Frank-Volter Şteynmayer məlumat verib. Onun sözlərinə görə, bu qərar həmkarları - rusiyalı Sergey Lavrov, fransalı Laurent Fabious və ukraynalı Paul Klimkin ilə görüşdən sonra verilib: “Görüş zamanı məsələ ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. Əlaqə qrupu tərəflərin Minsk razılaşmasına əməl olunmasını gözləyir”.

Samir


Müəllif:

Oxşar xəbərlər