Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçiriləcək danışıqların nəticələrini müzakirə etmək üçün sentyabrın 5-də hökumətin iclasını keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.
“Sentyabrın 5-də cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Cənab Putinlə danışıqların nəticələri müzakirə olunacaq”, - agentliyin mənbəsi deyib.
Prezident Ərdoğan bu gün Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedəcək. Danışıqların əsas mövzusunun taxıl müqaviləsi olacağı bildirilir.