5 Sentyabr 2023 10:51
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən sonra Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu gün Beştəpədə keçiriləcək toplantıda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşün bütün aspektləri dəyərləndiriləcək.

Prezident Ərdoğanın sıx diplomatik trafiki də görüşün gündəmində olacaq.

Türkiyə lideri sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edəcək. Bundan sonra sentyabrın 17-21-də keçiriləcək BMT Baş Assambleyasının toplantısı üçün ABŞ-a yola düşəcək. Ərdoğan sammit çərçivəsində bir sıra dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər