5 Sentyabr 2023 11:17
6 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niger keçid hökumətinin baş naziri Lamin Zeyn ölkənin paytaxtı Niameydə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Fransa hərbçilərinin Nigerdə yerləşdirilməsinin qeyri-qanuni olduğuna deyən Zeyn artıq Müdafiə Nazirliyinin fransız hərbçilərinin ölkədə olmasına icazə verən müqavilələri ləğv etdiyini xatırladıb.

Baş nazir Fransa əsgərlərinin sürətlə çıxarılması üçün danışıqların davam etdiyini bildirib.

“Arzuolunmaz şəxs” elan edilməsinə baxmayaraq ölkəni tərk etməyən Fransanın Niameydəki səfiri Silvan İttenin vəziyyətindən danışan Zeyn onun bir diplomat kimi davranmadığını söyləyib. Niger rəsmisi bir daha vurğulayıb ki, səfir mümkün qədər tez ölkəni tərk etməlidir.

Baş nazir Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) ötən aylarda hərbi çevrilişin baş verdiyi Nigerə mümkün hərbi müdaxiləsi ilə bağlı belə deyib: “ECOWAS-la danışıqları dayandırmamışıq, proses davam edir. İnanıram ki, bir neçə günə razılıq əldə edəcəyik”.

Buna baxmayaraq, Zeyn hər an hücum olacaq kimi hazır olduqlarını da əlavə edib.

Fransanın Nigerdə ​​1500-ə yaxın hərbçisi və Diori Hamani hava limanı yaxınlığında “Niamey 101” adlı hərbi bazası var.

Nigerdə ​​iyulun 26-da hakimiyyəti ələ keçirən xunta Fransa ilə imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb. Bundan sonra Xarici İşlər Nazirliyi Fransanın Niameydəki səfiri Silvan İteyə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt versə də, o, hələ də Niger ərazisindədir. Bunun üzərinə Niger Xarici İşlər Nazirliyi səfirin toxunulmazlığının götürüldüyünü və polis tərəfindən deportasiya ediləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər