5 Sentyabr 2023 15:17
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taxıl sazişinin bərpası ilə bağlı Rusiyanın şərtləri var”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiyanın iki özəl tələbi var. Bunlardan biri Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə qoşmaqdır. Hazırda Rusiya bankları sanksiyalara görə SWIFT-dən kənarda qalıb. Bu ölkə ildə 120-130 milyon ton taxıl ixrac edir. Cənab Putin də mətbuat konfransında dedi ki, 62 ildir satırlar. Satışın davam etməsi üçün iki şey baş verməlidir. Birincisi, satış nəticəsində əldə olunan pulu almalıdırlar, ikincisi, daşıma üçün istifadə olunan gəmilər sığortalanmalıdır. Sanksiyalara görə Britaniyada yerləşən sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya banklarının SWIFT sistemindən çıxarılması ilə əlaqədar pul köçürmələri yoxdur və ruslar hər ikisinin həyata keçməsini şərt qoyurlar”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə dünən Soçidə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər