6 Sentyabr 2023 08:00
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəməsi “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın sığınacaq tələbini rədd edib.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya həbsxanasında saxlanılan Assanjın tələbinin rədd edilməsi onun Fransa və ya Avropa İttifaqının ərazisində olmamasından irəli gəlir.

Sorğunun müəllifləri “Robin des Lois” assosiasiyanın nümayəndələri olub. Xüsusilə, onlar Fransa məcəlləsinin ölkə ərazisinə daxil olma və orada əcnəbilərin yaşaması, habelə sığınacaq hüququnun verilməsi ilə bağlı bir neçə maddəsinə etiraz ediblər. Ərizəçilərin fikrincə, bu maddələr Fransa konstitusiyasının preambulasına və bir sıra beynəlxalq konvensiyalara ziddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər