6 Sentyabr 2023 20:17
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada ərəb tayfalarının YPG terror təşkilatının işğalına qarşı etirazlarını qabaqcadan proqnozlaşdırdıqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir YPG-nin “legitim qüvvə” kimi təqdim edilməsinə son qoyulmalı olduğunu bildirib.

Onun sözlərinə görə, bu olmasa, Deyr əz-Zorda baş verən münaqişə yalnız başlanğıc olacaq:

“Heç kəs torpaqdan qovulmasın, başqasının boyunduruğunda olmasın. Yəni ərəblərin, türkmənlərin, kürdlərin olduqları yerlərdə yaşamaları vacibdir. Amma Amerikanın dəstəklədiyi YPG-nin ərəb torpaqlarını işğal etməsi, xüsusən də onları özlərinə tabe etməsi nəticəsində bu cür olayların başlayacağını proqnozlaşdırırdıq.

Təəssüf ki, bunlar iki icma arasında qan davasına çevrilərək uzunmüddətli nəticələrə gətirib çıxarır. YPG və PKK terroru bir gün yox olacaq, amma həm ABŞ-ın, həm də YPG-nin kürdlər və ərəblər arasında birgə səpdiyi fitnənin müalicəsi və reabilitasiyası uzun illər çəkəcək. Xüsusilə ABŞ-a və digər əlaqədar dövlətlərə bir daha səslənirik: YPG başda olmaqla, bölgədə ərəblərə zülm siyasətinə son qoyulmalıdır.

YPG terrorunu bölgədə “legitim qüvvə” kimi göstərilməsinə və onun zülm vasitəsinə çevrilməsinə son qoyulmalıdır. Bu baş verməsə, gördüyümüz bu münaqişələr yalnız başlanğıcdır. Yəni regionumuz üçün daha təhlükəli ssenarilərin proqnozlaşdırılması qaçılmazdır.

Biz sərhəd təhlükəsizliyimiz və dostlarımızın təhlükəsizliyi ilə bağlı hər cür tədbir görürük. Bizim orda problemimiz yoxdur. Sadəcə, hazırda oradakı münaqişələri yaxından izləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər