6 Sentyabr 2023 20:39
7 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpinin bu həftə Hindistanda keçiriləcək G20 sammitinə qatılmaması Pekinin Qərb və müttəfiqlərindən narahatedici uzaqlaşma tendensiyasını təsdiqlədi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Çinin xaricdəki diplomatik missiyasına istinadla məlumat yayıb.

Çində çalışan Qərb ölkələrinin 10-dan çox nümayəndəsi agentliyə Çin rəsmilərinə və digər məlumat mənbələrinə çıxış əldə etməkdə üzləşdikləri çətinliklərdən danışıb. “Röyter” yazır ki, bu tendensiyanın 2023-cü ildə, hətta Çinin diplomatik fəaliyyəti cilovlayan COVID-19 pandemiyasına ciddi nəzarəti götürdükdən sonra daha da nəzərə çarpır.

Qərb rəsmiləri Çinin siyasətlərinin dünyaya izah edilməsində əsas rol oynayan Çin rəsmilərinə və hətta dövlət beyin mərkəzlərinin nümayəndələrinə müntəzəm çıxışın pandemiyadan əvvəlki dövrlə müqayisədə azaldığını bildirirlər. Çində yüksək səviyyəli qonaqların səfərlərini planlaşdırmağın və mediaya çıxışın da getdikcə çətinləşdiyinə diqqət çəkilib.

Vaşinqtondakı “Stimson” Mərkəzinin Çin proqramının direktoru Yun Sun deyir ki, girişi məhdudlaşdırmaq və ya tədbirlərə qatılmamaq Çin tərəfindən getdikcə fikir ayrılıqları olan ölkələrə qarşı təsir vasitəsi kimi istifadə olunur.

“Çin qarşılıqlı əlaqəni digər ölkələrin davranışlarını formalaşdırmaq üçün bir vasitə kimi görür və istifadə edir”, - ekspert vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər