Almaniya İtaliya, İspaniya və İsveçlə “Leopard 2” tankının yeni nəslini hazırlamaqla bağlı müqavilələr imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tankın hazırlanmasına “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətləri cavabdeh olacaq.
Bildirilir ki, Almaniya Müdafiə Nazirliyi müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib. Layihədə İsveçin “Saab” və İtaliyanın “Leonardo” şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.
Qeyd edilir ki, bu tip müqavlə Fransa və Almaniya arasındakı münasibətlərə təsir edə bilər, çünki bu ölkələr daha əvvəl - 2017-ci ildə analoji sazişə imza atmışdılar.