7 Sentyabr 2023 00:56
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin dövlət katibi Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Prezident Volodımır Zelenski ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, Ukraynanı ağır qış gözləyir, lakin o əmindir ki, ukraynalılar bu sınaqdan keçə biləcəklər.

Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Amerikanın Ukraynaya dəstəyini təsdiqləmək, o cümlədən ölkəsinin səylərini maksimuma qaldırdığını bildirmək üçün Kiyevə səfər etməsini istəyib.

Diplomat vurğulayıb ki, ABŞ Ukraynanın əks-hücumunda böyük irəliləyiş görür. Dövlət katibi həmçinin deyib ki, Bayden ukraynalı həmkarı ilə görüşəcəyini gözləyir.

Xatırladaq ki, sentyabrın 6-da ABŞ-nin dövlət katibi Entoni Blinken Kiyevə işgüzar səfərə gəlib. Amerikalı diplomatın sözlərinə görə, səfərin məqsədi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatında irəliləyiş fonunda Ukraynaya sarsılmaz dəstəyi nümayiş etdirməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər