ABŞ Prezidenti Co Bayden İyirmilik Qrupunun (G20) sammitində iştirak etmək üçün Yeni Dehliyə səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Nümayəndə heyətinin tərkibində dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellen də var.
Amerika prezidenti G20 həmkarları ilə ilk növbədə Ukraynadakı vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrə yardım məsələlərini müzakirə etmək niyyətindədir.
Bayden sentyabrın 8-də Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.
Ağ Evdən bildiriblər ki, Bayden sammit çərçivəsində daha bir neçə ikitərəfli görüşlər keçirmək niyyətindədir.