“Kamal Kılıçdaroğlu istefa versə, CHP seçkilərdə lazımi qədər səs toplaya, baryeri keçə bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Gələcək Türkiyə Partiyasının sədri, millət vəkili, keçmiş CHP-çi Mustafa Sarıgül deyib.
Siyasətçi CHP-də Kılıçdaroğlunu istefaya çağıranların sayının artdığını bildirib.
“Bu mesajlara çox üzülürəm. Bu mesajlar kənardan yox, daxildən gəlir. Partiya daxilində apardıqları mübarizə qədər kənara qarşı mübarizə aparsaydılar, daha yaxşı olardı. Prezident seçkisi zamanı son 15 gündə belə bir mübarizə aparsaydılar, nəticə çox fərqli ola bilərdi. CHP-nin hörmətli Kamal Kılıçdaroğluna hər zamankindən daha çox ehtiyacı var. Kılıçdaroğlu sədrlikdən getdiyi andan CHP seçkidə baryerin altında qalacaq. Mən nə danışdığımı bilirəm”, - Sarıgül vurğulayıb.