8 Sentyabr 2023 11:47
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada ilk dəfə taktiki nüvə silahı ilə təchiz edilmiş müasir sualtı qayıq suya buraxılıb.

Teleqraf.com xəbər verir ki, qayığın suya buraxılma mərasimində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In də iştirak edib.

O, Şimali Koreyanın mövcud ağır sualtı qayıqlarını modernləşdirərək bu cür silahlarla təchiz etmək niyyətində olduğunu bildirib.
Mərasim sentyabrın 9-da qeyd olunan KXDR-in yaranma Günü ərəfəsində keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər