Çindən olan müğənninin Mariupolda "Katyuşa" mahnısını ifa etməsi Ukraynanın qəzəbinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko sosial media hesabında yazıb.
“Rus ordusunun 600-dən çox günahsız insanı qətlə yetirdiyi Mariupol Dram Teatrının xarabalıqları üzərində çinli “opera müğənnisi” Vanq-Fanqın “Katyuşa” mahnısının ifası tam mənəvi deqradasiya nümunəsidir”, - Nikolenko vurğulayıb.
O, həmçinin qeyd edib ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, müvəqqəti işğal olunmuş şəhərə bir qrup çinli bloger gəlib. "Onların gəlişi qanunsuzdur. Bu, əcnəbilərin dövlət sərhədini keçməsini tənzimləyən Ukrayna qanunvericiliyini kobud şəkildə pozur", - Nikolenko qeyd edir.
Nikolenko Çindən məsələ ilə bağlı izahat gözlədiklərini bildirib: "Ukrayna Çinin ərazi bütövlüyünə hörmət edir və Çin tərəfindən Çin vətəndaşlarının Mariupolda olmasının məqsədi, habelə onların müvəqqəti işğal olunmuş Ukrayna şəhərinə daxil olma marşrutu ilə bağlı izahat gözləyir".
XİN nümayəndəsi onu da vurğulayıb ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, müvəqqəti işğal olunmuş şəhərə bir qrup çinli bloger gəlib: "Onların gəlişi qanunsuzdur. Bu, əcnəbilərin dövlət sərhədini keçməsini tənzimləyən Ukrayna qanunvericiliyini kobud şəkildə pozur".