Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Gürcüstana səfər edib.
Teleqraf.com xəbər verir ki, AB rəsmisi Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.
Görüşdə Tiflislə AB arasında bütün məsələlər müzakirə olunub.
Darçiaşvili görüşdən sonra deyib ki, Gürcüstan birliyin tamhüquqlu üzvü olana qədər ölkədə islahatlar davam edəcək.