8 Sentyabr 2023 23:38
13 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bütün hərbi aviasiyası Belarusdan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, “Belarus Qayun” monitorinq qrupu bunun avqustun 5-də baş verdiyini açıqlayıb.

Rusiyanın 11 helikopteri (4 ədəd “Mi-8”, 7 ədəd “Mi-24”) “Maçulışçi” aerodromundan “Seşça”ya (Rusiya) uçub. Bundan başqa, Rusiyanın 9 ədəd “Su-34” və “Su-30SM” qırıcısı da Belarusdan çıxarılıb.

“Bu helikopterlər və təyyarələrin əksəriyyəti yanvarın əvvəlindən Belarusda idi. Beləliklə, Rusiyanın Belarusdakı aviasiya komponentləri fəaliyyətlərini dayandırıb”, - qrupdan bildirilib.

Məlumata görə, hazırda Rusiya Hərbi Hava Qüvvələrinin Belarusda yalnız 1 ədəd “Su-25” hücum təyyarəsi qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər