8 Sentyabr 2023 17:29
6 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Baş naziri Pedro Sançes COVID-19 testi müsbət çıxdıqdan sonra G-20 sammiti üçün Hindistana planlaşdırılan səfərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı hazırda özünü yaxşı hiss etdiyini bildirib.

İspaniyanı sammitdə baş nazirin müavini və iqtisadiyyat naziri təmsil edəcək.

Pedro Sançesdən əvvəl Çin lideri Si Cinpinin də Hindistana getməyəcəyi açıqlamışdı. Cinpinin əvəzinə sammitə Çin baş naziri qatılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər