8 Sentyabr 2023 18:44
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı tərəqqi sürətlənməsə, 2030-cu ilə qədər 340 milyon qadın və qız həddindən artıq yoxsulluq içində yaşayacaq, 110 milyon qadın və qız isə təhsil imkanlarından məhrum olacaq.

Teleqraf.com xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) "Dayanıqlı İnkişaf Məqsədləri" çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının cari vəziyyəti haqqında hesabatında dərc edib.

BMT-nin Qadınlar Təşkilatının hesabatına əsasən, keyfiyyət və kəmiyyət baxımından eyni olan işlərə görə qadınlara kişilərin qazancının yalnız 51 faizi ödənilir. Bu vəziyyət davam edəcəyi təqdirdə qadın və qızların demək olar ki, dörddə biri qida çatışmazlığı yaşayacaq.

Sənətdə qeyd olunub ki, inkişaf sürətlənməsə, gələcək nəsil qadın və qızlar kişilərlə müqayisədə gündə təxminən 2,5 saat pulsuz işlə və ev işləri ilə məşğul olacaqlar.

Hesabatda 2050-ci ilə qədər 158,3 milyon daha çox qadın və qızın iqlim dəyişikliyi səbəbiylə yoxsulluqla mübarizə aparacağı proqnozlaşdırılıb. Hazırkı rəqəmə əlavə olaraq bildirilib ki, 131 milyon kişi, 236 milyon qadın və qız iqlim dəyişikliyi səbəbindən qida çatışmazlığı ilə üzləşəcək.

Münaqişə bölgələrində yaşayan qadın əhali 2017-ci ilə nisbətən 50 faiz artaraq 2022-ci ildə 614 milyona çatıb. Qlobal gender bərabərliyi məqsədlərinə çatmaq və qadınların səlahiyyətlərinin artırılması üçün hər il 360 milyard dollar əlavə yardıma ehtiyac olduğu da bildirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər