Ukrayna kəşfiyyatı hesab edir ki, Vaqnerin lideri Yevgeni Priqojinin ölümünün təsdiqini gözləmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu telemarafonda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib .
“Rusiya bu mövzuda saxta xəbərlər yaya bilər. Gözləyək, onu öldürmək elə də asan deyil. Təyyarə qəzası baş verib, amma Priqojin sağ qalıb”, - Skibitski bildirib.