9 Sentyabr 2023 19:34
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın xarici siyasət idarəsi bəyanat yayıb.

“Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərini pozur və onların nəticələri etibarsızdır”, - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Rəsmi Kiyev qeyd edib ki, Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və bütün məsələlərin diplomatik yollarla həllinin tərəfdarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər