Moldova Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da keçirilmiş qondarma “seçkiləri” tanımır, çünki onlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ziddir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.
“Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqləyir”, - XİN-in bəyanatında deyilir.