9 Sentyabr 2023 23:48
2 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ölkədən taxıl idxalına birtərəfli qadağa tətbiq edərsə, Ukrayna Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etməyə hazırdır.

Teleqraf.com "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka deyib.

“Polşa Ukrayna taxılının idxalına birtərəfli qadağa tətbiq edərsə, Ukrayna Ümumdünya Ticarət Təşkilatına şikayət etməyə hazırdır”, - nəşr yazır.

Nazir müavininin sözlərinə görə, Kiyev Polşa hökumətinin mövqeyini daxili siyasətin diktəsi və ya sadəcə səhv kimi qiymətləndirir. O əlavə edib ki, Ukrayna ÜTT-də uzun prosedura hazırdır.

O, həmçinin qeyd edib ki, Polşa bazarı Ukrayna üçün kritik deyil, lakin ölkə üçün məhdudiyyətləri aradan qaldırmaq vacibdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər