Qabonda 26 nəfərdən ibarət yeni keçid hökuməti yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qabonun keçid dövrünün baş naziri Raymond Ndonq Sima açıqlama verib.
“Qabonun keçid dövrünün prezidenti Bris Kloter Oliq Nqema hökumətin tərkibini öz fərmanı ilə təsdiqlədi”, – deyə hökumət başçısı bildirib.
Hökumətin tərkibinə əvvəlki tərkibindən üç nazir daxil edilib.
Qeyd edək ki, Ndonq Sima baş nazir postuna sentyabrın 7-də təyin olunub.