11 Sentyabr 2023 00:27
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madaqaskar Respublikasının Prezidenti Andri Rajoelina noyabrın 9-da ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi rəsmən təsdiqləndikdən sonra istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi məlumat yayıb.

Madaqaskar konstitusiyası tələb edir ki, prezidentliyə namizəd olmaq istəyən hazırkı dövlət başçısı əvvəlcə istefa verməlidir.

Ali Konstitusiya Məhkəməsinin bəyanatında deyilib ki, Andri Rajoelina seçkilərdə namizədliyi təsdiqləndikdən sonra şənbə günü istefa ərizəsini məhkəməyə təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər